Rüfət Dadaşov üçün 83 dəqiqə və 1 xal

Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 9-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Halleşer”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.

Münster klubu 9 turdan sonra 9 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.