
“Real”ın futbolçusu geri dönür
“Real”ın müdafiəçisi Antonio Rüdiger yenidən meydana dönməyə hazırlaşır. O, zədə səbəbindən “kral klubu”nun son səkkiz oyununu buraxmışdı.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, almaniyalı futbolçu La Liqada “Real Sosyedad”a qarşı keçiriləcək qarşılaşmada müəyyən qədər oyun vaxtı ala bilər.
Madridlilərin baş məşqçisi Alvaro Arbeloa 32 yaşlı oyunçunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Benfika”ya qarşı vacib duelə tam hazır vəziyyətə gətirmək niyyətindədir.
Bildirilir ki, Rüdiger Lissabon təmsilçisinə qarşı start heyətində meydana çıxa bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



