Etiraf: “Liverpul”un qələbəsi “Tottenhem”ə kömək edib

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Ayaks”a 3:2 hesabı ilə qalib gələn “Tottenhem”in futbolçusu Denni Rouz açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu, “Liverpul”un “Barselona”ya qalib gəlməsinin onlara təsir etdiyini deyib:

“İlk oyun bizim üçün xəyal qırıqlığı idi, amma bu gecə inanılmazı bacardıq. “Liverpul”un “Barselona” ilə oyununu izləmişdik və o oyunda final fitinə qədər hər şeyin ola biləcəyini gördük. Matçdan əvvəl baş məşqçimiz Maurisio Poçettino da bizə bu oyundan danışdı. Biz də sona qədər mübarizə aparmağımızın lazım olduğunu bilirdik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button