Ronaldonun 2 variantı qalıb

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun karyerasını davam etdirmək üçün iki variantı qalıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı portuqaliyalı hələ də 2021/22 mövsümünün sonunda “Mançester Yunayted”in vəsiqə qazana bilmədiyi Çempionlar Liqasında oynamaq istəyir.

Hücumçu üçün ilk seçim Dortmund “Borussiya”sıdır. Almaniya klubu “Köln”dən Antoni Modesti transfer etməsinə baxmayaraq, hələ də Sebastyen Allanın yerinə əvəzləyici axtarışındadır. “Borussiya” artıq Ronaldonun agenti Jorje Mendeşlə əlaqə saxlayıb.

Ronaldonun ikinci variantı peşəkar karyerasına başladığı “Sportinq”ə (Lissabon) qayıtmaqdır. Eyni zamanda, Portuqaliya klubu Kriştianonun məvacib məsələsini həll etməli, həmçinin, komandanın baş məşqçisi Ruben Amorimi transferə razı salmalıdır.

2003-2009-cu illərdə İngiltərə komandasında çıxış edən Ronaldo, 2021-ci ilin avqustunda “Mançester Yunayted”ə qayıdıb. Ötən mövsüm portuqaliyalı forvard komandanın heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, 24 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin