Ronaldonun “Əl Nəsr”dən ilk tələbi

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna keçən Kriştiano Ronaldo rəhbərlikdən transfer istəyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu “Real”da və Portuqaliya millisində komanda yoldaşı olmuş Pepeni yanına gətirmək istəyir. Ronaldonun tələbindən sonra “Əl Nəsr” klubu 39 yaşlı müdafiəçini transfer siyahısına daxil edib.

Pepe 2019-cu ilin yayından “Portu”da çıxış edir. Onun Portuqaliya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button