Ronaldo bunu ilk dəfə etdi – 2018-ci ildən sonra

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 17-ci turunda “Əl-Taavun”u məğlub edib (2:1).

Komanda.az “sofascore”-a istinadən xəbər verir ki, bu qarşılaşma “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

Portuqaliyalı futbolçu 29 sentyabr 2018-ci ildən bəri ilk dəfə bir matçda iki məhsuldar ötürmə edib. O, sonuncu dəfə bunu “Yuventus”da çıxış edərkən, İtaliya A Seriyasının “Napoli” ilə görüşündə (3:0) bacarıb.

“Əl-Nəsr” hazırda Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlinə 40 xalla başçılıq edir. “Əl-Taavun” isə 30 xalla 5-ci sırada yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button