Ronaldo restoran açacaq – türk aşpazla

Restoranlar şəbəkəsi sahibi, türk aşpaz Burak Özdəmir (CZN Burak) noyabrda İngiltərənin paytaxtı Londonda restoran açmağı planlaşdırır. Burak Londonda açacağı retoranın şərikinin “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo olduğunu söyləyib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özdəmir Türkiyənin Bursa şəhərində keçirilən tədbirdə bu barədə açıqlama verib. O, keçən il İspaniyanın paytaxtı Madriddə Ronaldodan ortaqlıq təklifi aldığını açıqlayıb:

“Restoranlarımızla 11 ölkədə əhəmiyyətli türk markasına çevrilmişik. İngiltərədəki məkanımızı Ronaldo ilə birlikdə, bu ilin noyabr ayında açacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button