Ronaldo PSJ-yə keçmək istəyib, amma…

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo keçən ilin payızında PSJ-yə transfer olunmaq istəyib.

Komanda.az “France Football”a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, UEFA Çempionlar Liqasının qrup mərhələsində “Lokomotiv”lə oyunda (2:1) qələbə qazansalar da, komandanın göstərdiyi oyundan razı qalmayıb. Bundan sonra o, PSJ-yə keçmək barədə düşünüb. Ronaldo Paris klubunda Neymar və Kilian Mbappe ilə birlikdə oynamaq istəyib. O, bununla bağlı Turin klubunun rəhbərliyi ilə də görüşüb. Lakin Ronaldonun bu planı koronavirus səbəbiylə baş tutmayıb.

Ronaldo “Yuventus”un heyətində bu mövsüm A Seriyasının qalibi olub.