Ronaldo qışda karyerasını bitirə bilər

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo karyerasını nə vaxt bitirəcəyini açıqlayıb.

Komanda.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu öncə DÇ-2022 barədə danışıb:

“DÇ-2022 ilə bağlı çox nikbinəm. Bizim fantastik məşqçimiz və yaxşı oyunçularımız var. Turnirdə qalib gəlmək çətin olacaq, çox çətin. Lakin hər şey mümkündür”.

Ronaldo daha sonra karyerası ilə bağlı sualı cavablandırıb:

“Portuqaliya turniri qazansa, karyeramı bitirəcəm? Bəli, yüz faiz”.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Portuqaliya millisi H qrupunda Uruqvay, Qana və Koreya ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button