Ronaldo Çempionlar Liqasında favoritlərini açıqlayıb

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo 2023/2024 mövsümü üçün Çempionlar Liqasının favoritlərini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı forvard “Mançester Siti”nin yenidən çempion ola biləcəyini bildirib:

“Mançester Siti” yenidən Çempionlar Liqasını qazanmaq şansına malikdir. Favoritlər? “Mançester Siti”, “Real” və “Bayern”in adını çəkə bilərəm”.

Turnirin son qalibi “Mançester Siti”dir. Komanda ötən mövsüm finada İtaliya “İnter”inə 1:0 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button