“Ronaldo 50 yaşına qədər oynaya bilər”

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes həyat yoldaşının karyerası ilə bağlı maraqlı fikirlər səsləndirib.

Komanda.az xəbər verir ki, 41 yaşlı forvardın xanımı sosial şəbəkə hesabında paylaşımında Ronaldonun futbola olan sevgisinin hələ də tükənmədiyini bildirib:

“Mən Kriştianoya demişəm ki, o, futbolda hər şeyə nail olub və artıq sadəcə həyatın dadını çıxara bilər. Amma o, futbolu öz ehtirası adlandırır. Ronaldo hələ də maksimum motivasiyaya malikdir və hər zaman əlindən gələni edir. O, 50 yaşına qədər oynaya bilər”.

Ronaldo hazırda Portuqaliya millisinin heyətində 2026-cı il dünya çempionatında çıxış edir. O, keçirdiyi iki oyunda 2 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button