Ronaldo 1200-ə çatdı

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Liqasının 16-cı turunun “Ər-Riyad”la oyunundakı qələbəni (4:1) şərh edib.

Komanda.az xəbər verir ki, bu, onun peşəkar karyerasında 1200-cü oyunu olub. Portuqaliyalı forvard sevincini sosial şəbəkə hesabında bölüşüb:

“Daha üç xal. 1200-ə çatmağımda kömək edən bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Əla yol, amma hələ qurtarmamışıq”.

38 yaşlı futbolçu qol vurmaqla yanaşı, Otavioya ikinci qol üçün məhsuldar ötürmə də verib. Anderson Taliska “Əl-Nəsr”ın heyətində dubla imza atıb.

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində ikinci yeri tutur. Luiş Kaştronun komandası 16 oyundan sonra 37 xala malikdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button