Ronado pokerindən danışdı – FOTO

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo sosial şəbəkə hesabında paylaşım edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanı çempionatının 16-cı turunun “Əl-Vəhda” ilə görüşündə (4:0) pokerə imza atdığı üçün əla hisslər keçirdiyini vurğulayıb:

“İnamlı qələbə qazandığımız matçda 4 qol vurmaq və 500-cü qolu rəsmiləşdirmək əla duyğudur”.

38 yaşlı portuqaliyalı futbolçunun aktivində 503 liqa qolu qeydə alınıb. O, “Real”da 311, “Mançester Yunayted”də 103, “Yuventus”da 81, “Sportinq”də 3, “Əl-Nəsr”də 5 (davam edir) dəfə rəqib qapılarına yol tapıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button