
Zirkze İtaliya klubuna keçməkdə maraqlıdır
“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze “Roma”ya keçid variantına maraq göstərir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu paytaxt klubunun ona təqdim etdiyi layihədən təsirlənib.
İtaliya təmsilçisi 24 yaşlı hücumçunu 5 milyon avro qarşılığında icarəyə götürmək və gələn ilin yayında 30 milyon avroluq satınalma hüququnu əldə etmək istəyir. Tərəflər arasında danışıqlar davam etsə də, transferlə bağlı yekun qərar hələ verilməyib. Səbəb isə “Mançester Yunayted”in bu keçidə hələlik razılıq verməməsidir.
Zirkzeyə “Roma”dan başqa, digər klublardan da maraq var. Futbolçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir. O, cari mövsümdə Premyer Liqada 10 oyuna çıxıb və 1 qol vurub.
Bizi Facebook-da izləyin



