“Mourinyonun yerində olmaq istəmərəm”

“Roma”nın keçmiş futbolçusu Daniele De Rossi komandanın baş məşqçisi Joze Mourinyonu tərifləyib.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan Rossi, portuqaliyalı çalışdırıcının tarixin ən yaxşı məşqçilərindən olduğunu söyləyib:

“Mourinyo futbol tarixinin ən yaxşılarından biridir. Onun performansını aşağı salacaq şeylər olmasa, “Roma” mövsümün sonunda yuxarı pillələrdə olacaq. O, tarixin ən yaxşı dörd-beş məşqçisindən biridir. Onu çox sıxmamalıyıq.

“Roma”nı kənardan izləmək daha yaxşıdır. Mourinyonun yerində olmaq istəmərəm. Komandanın çətin zamanlarda belə, düşdüyü vəziyyətdən tez çıxa biləcəyini düşünürəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button