“Roma”nın futbolçusu rəsmən PSJ-də

Fransa çempionu PSJ heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi “Roma”nın müdafiəçisi Alessandro Florensini heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliya yığmasının da üzvü olan 29 yaşlı futbolçu bir illik icarəyə götürülüb. Amma parislilərin futbolçunun transfer hüquqlarına yiyələnmək hüququ da var. Sağ cinah müdafiəçisi yeni komandasında 24 nömrəli formanı geyinəcək.

“Roma”ın öz yetirməsi olan Florensi, bu ilin əvvəlində paytaxt klubundan ayrılaraq “Valensiya”ya icarəyə yollanmışdı. O, 2011/12 mövsümündə də “Krotone”də icarədə olub. Alessandro “Roma”da 200-dən çox oyun keçirib, 25 qola imza atıb.