“Roma”dan ayrıla bilər – Ya “Yuventus”, ya da…

“Roma”nın futbolçusu Lorentso Pelleqrini qış fasiləsində komandadan ayrıla bilər.

Komanda.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə “Yuventus” və “İnter” yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Qoca sinyora” və “neradzurra” “Roma” ilə 2022-ci ilə qədər müqaviləsi olan Pelleqrinini tez bir zamanda heyətinə qatmaq istəyir.

İtaliya milli komandasının da formasını geyinən Pelleqrininin transfer dəyəri 40 milyon avrodur. Yarımmüdafiəçi bu mövsüm A Seriyasında 8 oyunda 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button