“Roma”nın futbolçusu karyerasını başa vurdu – 21 yaşında

İtaliyanın “Roma” klubunun gənc futbolçusu Nura Abdullahi karyerasını başa vurmaq məcburiyyətində qalıb.

Komanda.az xəbər verir ki, nigeriyalı cinah müdafiəçisinin belə gözlənilməz qərar qəbul etməsinə sağlıq problemi ilə üzləşməsi səbəb olub. Belə ki, həkimlər ürəyində problem aşkarlanan futbolçunun bu idman növü ilə məşğul olmasına qadağa qoyublar. Bu üzdən də Abdullahi 21 yaşında butslarını mıxdan asmalı olub.

Qeyd edək ki, Nuranın “Roma” ilə 2021-ci ilə qədər müqaviləsi var. Amma yaxın günlərdə klub rəhbərliyi ilə futbolçu arasında görüş baş tutacaq və tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verəcəklər. “Canavarlar” Abdullahiyə klub strukturunda iş verməyə hazırlaşır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button