“Roma”nı “Valensiya”ya dəyişdi

İspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi İtaliyanın “Roma” klubunun müdafiəçisi Alessandro Florensini heyətinə qatıb.

Bu barədə “Valensiya”nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu La Liqa klubu tərəfindən mövsümün sonuna kimi icarəyə götürülüb.

“Roma”nın öz yetirməsi olan, 2011/12 mövsümünü “Krotone”də keçirən Alessandro, “canavarlar”ın kapitanı olsa da, cari mövsümdə heyətə düşməkdə çətinlik çəkirdi. Bu üzdən də o, komandadan getməyi özü istəyib. İtaliya yığmasının üzvü “Roma”da 226 oyun keçirib, 25 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button