“Roma” niderlandlı hücumçu üçün danışıqlara başlayıb

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze yenidən “Roma”nın transfer gündəminə düşüb.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Can Pyero Qasperini qış fasiləsində hücum xəttini gücləndirməyi planlaşdırır və ilk hədəf kimi məhz niderlandlı forvardı görür.

İtaliya təmsilçisi artıq “Mançester Yunayted”lə danışıqlara başlayıb. “Roma” Zirkzeni satınalma hüququ ilə icarəyə götürmək istəyir. Bu satınalma maddəsi müəyyən şərtlər yerinə yetirildiyi halda məcburi olacaq. Ancaq “qırmızı şeytanlar” oyunçunu birdəfəlik satmağa daha çox maraq göstərirlər.

24 yaşlı hücumçu cari Premyer Liqa mövsümündə 8 matçda iştirak edib və 1 qol vurub. Onun əsas istəyinin 2026-cı il dünya çempionatını qaçırmamaq üçün daha çox oynaya biləcəyi bir kluba keçmək olduğu bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button