“Roma” Mourinyo ilə anlaşdı – rəsmi

İtaliyanın “Roma” komandasını növbəti mövsümdən Joze Mourinyo çalışdıracaq.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

“Roma”nı hazırda Paulo Fonseka çalışdırır. Lakin paytaxt klubu bu gün yaydığı açıqlamada portuqaliyalı mütəxəssislə mövsümün sonunda yolların ayrılacağını bəyan etmişdi. “Canavarlar” Fonsekanı məhz həmyerlisi ilə əvəz etməyə qərar veriblər. Tərəflər 3 illik müqavilə imzalayıblar.

Son iş yeri İngiltərə “Tottenhem”i olan Joze Mourinyo aprelin 19-da istefaya göndərilib. O, bu komanda ilə yanaşı, ölkəsində “Portu”, İtaliyada “İnter”, İspaniyada “Real”, İngiltərədə “Çelsi” və “Mançester Yunayted”in də baş məşqçisi olub.