Tottinin ilk müştərisi bilindi

“Roma” klubunun keçmiş futbolçusu Françesko Tottinin menecerliyə başladığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, Tottinin artıq ilk müştərisi də məlum olub. Bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb. Totti, “Napoli”nin hücumçusu Lorenso İnsinyenin meneceri olacaq.

İnsinye bir müddət əvvəl meneceri Mino Rayola ilə əməkdaşlığı dayandırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button