Rizvanovlu “Bohemians” səfərdə sevindi

Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin 5-ci turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Arziman Rizvanovun formasını geyindiyi “Bohemians” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Ostrava” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Rizvanov da bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb.

“Bohemians”ın U-21 komandası hazırda 9 xalla 10 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button