Reytinq: Azərbaycan millisi bir pillə irəlilədi

FİFA milli komandaların 2021-ci il üzrə ilk reytinq cədvəlini açıqlayıb.

Komanda.az ali futbol qurumunun saytına istinadən xəbər verir ki, yeni siyahıda Azərbaycan milli komandasının mövqeyi dəyişib. Canni De Byazinin rəhbərlik etdiyi komanda 1180 xalla 108-ci pilləyə irəliləyib.

Milli komandaların son reytinq cədvəlində Azərbaycan yığması 109-cu sırada idi.

Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir. 1755 xalla Fransa yığması 2-ci, 1743 xalı olan Braziliya isə 3-cüdür.