Cerrardın “tələbə”si çinlilərə “yox” dedi

“Reyncers”in futbolçusu Alfredo Morelos Çin klubundan təklif alıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Hebey” klubu 23 yaşlı hücumçu üçün Qlazqo təmsilçisinə 15 milyon funt-sterlinq təklif edib. Kolumbiyalı hücumçuya isə 3 illik müqavilə və illik 10 milyon funt-sterlinq məvacib vəd edilib. Ancaq Morelos bu təklifi rədd edərək, karyerasını Avropada davam etdirmək istədiyini bildirib.

“Reyncers”lə 2023-cü ilə qədər müqaviləsi olan Morelosla İngiltərə və İtaliyadan bir neçə klub yaxından maraqlanır. Qlazqo təmsilçisinin baş məşqçisi Stiven Cerrard isə hücumçunu ən azı bir mövsüm daha komandada saxlamaq niyyətindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button