“Barselona” 17 yaşlı fransızın izində

“Renn”in futbolçusu Eduardo Kamavinqa Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi ilə “Mançester Yunayted”, “Barselona” və “Atletiko” yaxından maraqlanır. Bu barədə Fransanın “Lequipe” nəşri məlumat yayıb.

“Renn” klubu Kamavinqa üçün ən azı 30 milyon avro tələb edir.

Bu mövsüm 16 oyuna çıxan yarımmüdafiəçi, Fransa milli komandasının AÇ-2020-nin seçmə mərhələsində Moldova və Albaniya ilə oyunları üçün dəvət alıb.