“Arteta qızmış dəmir damdakı pişik kimi görünürdü”

İngiltərəli sabiq futbolçu Ceymi Rednapp “Arsenal”a qarşı təzyiqdən danışıb. Komanda 22 ildən sonra ilk dəfə Premyer Liqa tituluna bu qədər yaxındır.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, sabiq futbolçu, narahatlığın komandaya təsir etdiyini söyləyib:

“Mən heç vaxt titul qazanmamışam, amma titul itirməyin necə olduğunu bilirəm. Narahatlıq azarkeşlərə də təsir edir. Baş məşqçi Mikel Arteta açıq-aydın əsəbi idi, qızmış dəmir damdakı pişik kimi görünürdü. Sonra Douman meydana çıxıb “hər şey qaydasındadır, mən bunu edəcəm” dedi. Oyunun gedişatını dəyişdirən də bu oldu. Başqaları təzyiqə dözə bilmədikdə, onun belə sakit qalması inanılmazdır”.

“Arsenal” son turda Viktor Qyokereşlə Maks Doumanın 89 və 97-ci dəqiqələrdə vurduğu qollar sayəsində “Everton”u 2:0 hesabıyla məğlub edib. 16 yaşlı futbolçu Douman Premyer Liqa tarixində qol vuran ən gənc oyunçu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button