“Real”la yeni müqavilə imzalayacaq

“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos klubu tərk etməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşıdakı günlərdə futbolçu ilə yeni müqavilə imzalanacaq. Sözləşmə 2027-ci ilin yayına kimi qüvvədə olacaq.

Sebalyos 2022/23 mövsümündə “kral klubu”nun heyətində 46 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button