“Real”ın qovduğu baş məşqçi Bekhemin klubunda?

Son olaraq “Real”ın “sükanı arxasında” çalışmış Santyaqo Solari karyerasını ABŞ-da davam etdirə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis, İngiltərə millisinin sabiq üzvü Devid Bekhemin prezidenti olduğu “İnter Mayami”ni çalışdıra bilər. “Real”da birgə çıxış etmiş Solari və Bekhemin danışıqlar apardığı bildirilir.

“İnter Mayami” növbəti mövsümdən MLS-də çıxış edəcək.

2000-2005-ci illərdə futbolçu kimi “kral klubu”nun şərəfini qoruyan argentinalı mütəxəssis, 2018-ci ildə komandaya rəhbərlik edib.