“Real”ın futbolçusu rəsmən “Arsenal”da

İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, London təmsilçisi Madrid “Real”ının yarımmüdafiəçisi Dani Sebalyosu heyətinə qatıb.

Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. “Topçular” gənc futbolçunu 1 illik icarəyə götürüblər.

Sebalyos “Real”a 2017-ci ildə “Betis”dən transfer olunub. Amma 22 yaşlı futbolçu Madrid klubunda elə də çox forma şansı qazanmırdı.

“Arsenal” Sebalyosla yanaşı, Fransanın “Sent-Etyen” klubunun 18 yaşlı müdafiəçisi Uilyam Salibanı da transfer etdiyini açıqlayıb. Amma London klubu 30 milyon təzminat ödəyəcəyi gənc futbolçunun daha bir mövsüm Fransa təmsilçisində icarədə oynamasına razılıq verib. Bir sözlə, Saliba “Arsenal”a gələn yay qoşulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button