Maaşının artırılmasını istəyir, yoxsa klubu tərk edəcək – “Real”ın futbolçusu

“Real”ın futbolçusu Lukas Vaskes yayda komandanı tərk edə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi klub rəhbərliyindən maaşının artırılmasını və müqaviləsinin müddətinin uzadılmasını istəyir.

“Real” rəhbərliyi Vaskesin şərtlərini qəbul etməsə, ispan futbolçu yayda azad agent kimi klubu tərk edəcək. 2015-ci ildən “Real”da çıxış edən yarımmüdafiəçinin müqaviləsi mövsümün sonuna qədərdir.

Vaskes bu mövsüm “Real”la 26 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib.