“Real”ın hücumçusu Almaniyaya qayıdır

“Real”ın futbolçusu Luka Yoviç karyerasını Almaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Bundesliqa təmsilçisi “Herta” 22 yaşlı serbiyalı hücumçunu heyətinə qatmağa yaxındır. Berlin klubunun Yoviçi yaxın zamanda transfer edəcəyi gözlənilir. Ancaq hücumçunun “Herta”ya icarə əsasında, yoxsa birdəfəlik keçəcəyi hələ məlum deyil.

Almaniyanın “Ayntraxt” klubundan 2019-cu ildə “Real”a keçən Yoviç, “kral klubu” ilə 25 oyunda iştirak edib və 2 qol vurub. Serbiyalı futbolçunun “Real”la sözləşməsi 2025-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button