Vaksindən sonra vəziyyəti pisləşdi, məşqi yarıda qoydu – “Real”ın futbolçusu

“Real”ın futbolçusu İsko komandanın son məşqini yarımçıq tərk edib.

Komanda.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin hərarəti qalxıb və məşqi yarıda qoyub. Bu barədə “Marca” nəşri məlumat yayıb.

İsko və “Real”ın bir neçə futbolçusu bazar günü koronavirusa qarşı vaksinasiya olunub. Yarımmüdafiəçinin bu səbəbdən halının pisləşdiyi ehtimal olunur.

İsko bir neçə gün əvvəl koronavirus testi verib və nəticəsi neqativ olub.