“Milan” “Real”a rəsmi təklif göndərəcək – tezliklə

“Real”ın futbolçusu İsko karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə “Milan” yaxından maraqlanır. A Seriyası təmsilçisi yaxın zamanda İsko üçün “Real”a rəsmi təklif göndərəcək.

İspan futbolçu “Milan”a keçməyə müsbət yanaşır.