“Arsenal”ın Seballos arzusu

İspaniyanın “Real” klubunun 22 yaşlı futbolçusu “Arsenal”ın hədəfindədir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun yarımmüdafiəçisi Dani Seballos London təmsilçisinin maraq dairəsindədir. “Topçular” ispan futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir.

Madrid təmsilçisinin satış siyahısında olduğu bildirilən Seballosun transfer qiyməti 40 milyon avro olaraq müəyyənləşdirilib.

2017-ci ildən “Real”da çıxış edən futbolçu, son mövsümdə keçirdiyi 34 oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button