Ançelotti: “Hədəfimiz kuboku qazanmaqdır”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya kubokunda “Alkoyano”ya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin mətbuat xidmətinə danışan Ançelotti, hədəflərinin kuboku qazanmaq olduğunu deyib:

“Kubok oyunları çempionatdakılardan çox fərqlənir. İlk matçımızı səfərdə keçirəcəyik. Hədəfimiz kuboku qazanmaqdır. Bu, bizim üçün çox vacibdir.

“Alkoyano” ilə matçda diqqətli olmalı və yüksək səviyyədə oynamalıyıq. Kağız üzərində güclü olduğumuz kimi meydanda da üstün olmalıyıq. Diqqətli olmalı və gücümüzü göstərməliyik.

Rəqib bizimlə oynayacağı üçün yüksək motivasiyalıdır. “Alkoyano”nu ciddiyə alırıq və turnirdə irəli getmək istəyiriksə, yaxşı oynayıb, qələbə qazanmalıyıq”.

Bu gün keçiriləcək “Alkoyano” – “Real” matçı saat 00:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button