“O, hazırda “Real” səviyyəsində oyunçu deyil” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Eden Hazard haqda danışıb.

Komanda.az xəbər verir ki, italyan mütəxəssis, belçikalı oyunçunun hazırda “Real” səviyyəsində olmadığını deyib:

“Hazard 4-3-3 sisteminin sol cinahında və ya 4-4-2-də hücumçunun yanında oynaya bilər. Buna hazırdır, amma məşqçilərin öz seçimləri olur.

O, hazırda “Real” səviyyəsində oyunçu deyil. Çünki çox zədələndi. Ən yaxşı formasında olacağına əminəm. Ona vaxt lazımdır. Bu mövsüm ən yaxşı Hazardı izləyəcəyimizə əminəm”.

Hazard bu mövsüm “Real”la 8 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button