“Azarkeşlərin oyunumuzdan məmnun olmadığını bilirəm” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında “Şaxtyor”a (Ukrayna) qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, italyan mütəxəssis, 2:1 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:

“Hər iki hissəyə yaxşı başladıq. Bəlkə də, kifayət qədər aqressiv oynamadıq. İlk hissədə oyuna bütünlüklə nəzarət etdik. Buna baxmayaraq, rəqibə boşluqlar verdik və qol vurmağı bacardılar.

İkinci hissədə müdafiədə daha diqqətli oynamağa çalışdıq. Rəqibin qolundan sonra bu mövqeyə fikir verməliydik. Azarkeşlərin oyunumuzdan məmnun olmadığını bilirəm. Onları başa düşürəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button