Zidanın Liqa 1-də vurduğu ilk qol – video

“Real”ın baş məşqçisi Zinəddin Zidan futbolçu kimi Fransa Liqa 1-də vurduğu ilk qolun görüntüsünü paylaşıb.

Komanda.az xəbər verir ki, sabiq yarımmüdafiəçi “Kan” klubunda çıxış edərkən, Liqa 1-də debüt qoluna 1991-ci il, fevralın 10-da imza atıb. Zidan vurduğu qolun görüntüsünü “instagram” hesabında paylaşıb.

Zidan karyerası ərzində Fransada “Kan”, “Bordo”, İtaliyada “Yuventus”, İspaniyada “Real”ın formasını geyinib.

46 yaşlı mütəxəssis 2019-cu ilin martından “Real”ı çalışdırır.