ÇL: “Real”ın Almaniyada geridönüş şansı var”

“Real”ın sabiq oyunçusu, eyni zamanda, klubun idman direktoru vəzifəsində çalışmış Xorxe Valdano UEFA Çempionlar Liqasında “Bayern”lə qarşıdakı qarşılaşma haqda fikirlərini bölüşüb. Münhen klubu “Santyaqo Bernabeu”da keçirilən ilk oyunda 2:1 hesablı qələbə qazanıb.

Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, Valdano cavab matçı ilə bağlı belə deyib:

“Bayern”ə qarşı oyun? “Real”ın Almaniyada geridönüş şansı var. Komanda La Liqada ümidsiz vəziyyətdədir. “Real”ın Çempionlar Liqasında ən yaxşı çıxış etdiyi zaman budur”.

“Real” La Liqanın turnir cədvəlində lider “Barselona”dan 9 xal geridədir. Madrid klubunun “Bayern”lə cavab matçı bu həftə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button