“Real”a qarşı oynamaqdan böyük motivasiya yoxdur”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Real”a qarşı İspaniya superkubokunun final oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis “Real”a qarşı final oynamağın hər futbolçu və məşqçi üçün xüsusi motivasiya olduğunu deyib:

“Düşünürəm ki, hamı “Real”a qarşı final oynamağı sevir. Bizim titul qazanmaq şansımız var və komanda şəklində çıxış etməliyik. Görmək istədiyim əsas məqam da budur. Bu, ən vacib məsələdir. Rəqibin çox yüksək səviyyəli, fantastik futbolçuları var. Amma mən diqqətimi öz komandama yönəltmişəm. Bu, “Real”dır və bundan daha böyük motivasiya mövcud deyil”.

“Barselona” ilə “Real” arasında İspaniya superkubokunun final qarşılaşması sabah saat 23:00-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button