Adebayorun yeni klubu

“Real” və “Mançester Siti”nin sabiq futbolçusu Emmanuel Adebayorun yeni iş yeri məlum olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı hücumçu karyerasını Paraqvayda davam etdirəcək. Toqolu hücumçu “Olimpiya” klubuna transfer olunacaq. Tərəflər arasında yaxın zamanda rəsmi müqavilənin imzalanacağı gözlənilir.

Karyerası ərzində “Arsenal”, “Real”, “Mançester Siti”, “Tottenhem” kimi klublarda forma geyinən Adebayor, son olaraq Türkiyədə “Kayserispor”un şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button