“Real” “Qarabağ”ın rəqibinin futbolçusunu izləyib

Frankfurt “Ayntraxt”ının müdafiəçisi Nataniel Braun “Real”ın maraq dairəsinə düşüb.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sport Germany” məlumat yayıb.

“Kral klubu”nun skautları almaniyalı futbolçunu Bundesliqada “Köln”lə və UEFA Çempionlar Liqasında “Atalanta” ilə matç zamanı yaxından izləyiblər.

“Real”ın 21 yaşlı müdafiəçini yayda transfer etməyə hazır olduğu bildirilir. “Ayntraxt” oyunçusu üçün 60–70 milyon avro tələb edir.

Braunun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayına qədərdir. O, bu mövsüm bütün turnirlərdə 18 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Ayntraxt” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button