“Real” Mbappenin təqdimatına hazırlaşır

“Real” PSJ-nin futbolçusu Kilian Mbappeni heyətinə qatmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi 21 yaşlı hücumçu üçün PSJ ilə razılıq əldə edib. Bu barədə “Marca” nəşri məlumat yayıb. “Real” Mbappenin təqdimatına hazırlaşmağa başlayıb.

Hazırda PSJ-də çıxış edən Mbappe komanda yoldaşlarına “Real”a keçəcəyi ilə bağlı məlumat verib.

“Real” fransalı futbolçu üçün klubuna bonuslarla birlikdə 180 milyon avro ödəyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button