
Rüdiger İtaliya klubuna keçə bilər
“Real”ın mərkəz müdafiəçisi Antonio Rüdiger mövsümün sonunda komandanı azad agent kimi tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçunun Madrid klubu ilə hazırkı müqaviləsinin müddəti iyunun sonunda başa çatır və tərəflər hazırda anlaşmanın uzadılması haqda düşünmürlər. “Yuventus” müdafiəçiylə bağlı vəziyyəti izləməyə davam edir. Oyunçu “Real”la razılığa gələ bilməsə, Turin klubundan təklif ala bilər.
Rüdiger 2022-ci ildə “Çelsi”dən “Real”a transfer olunub. O, komanda ilə bu mövsüm bütün yarışlarda 14 oyunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



