“Real” “Çelsi”nin müdafiəçisinə göz dikib

“Real” “Çelsi”nin müdafiəçisi Ris Ceymslə maraqlanır.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, “kral klubu” müdafiənin sağ cinahını gücləndirmək üçün ingiltərəli oyunçunu ən yaxşı namizəd hesab edir. “Real” rəhbərliyi düşünür ki, 23 yaşlı futbolçu ilə sözləşmə imzalamaq heç də asan başa gəlməyəcək.

Eyni zamanda, Madrid təmsilçisi ötən mövsümdən etibarən icarə əsasında “Bayern”də çıxış edən “Mançester Siti”nin futbolçusu Joao Kanselo, “Milan”dan David Kalabriya və “Vilyarreal”dan Xuan Foytla da maraqlanır.

Ceyms cari mövsümdə “zadəganlar”ın heyətində bütün turnirlər daxil olmaqla 18 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı sözləşməsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button