“Bir neçə Çempionlar Liqası kuboku qazanmaq istəyirəm”

“Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni komandası ilə daha çox kubok qazanmaq istədiyini deyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu bunu bildirib:

“Real”la bütün kubokları tez bir zamanda qazansam da, yenə də daha çox qələbəyə can atıram. Daha çox La Liqa titulu və bir neçə Çempionlar Liqası kuboku qazanmaq istəyirəm”.

Tçuameni 2022-ci ildə “Monako”dan “Real”a keçib. Fransalı futbolçu o vaxtdan bəri İspaniya La Liqasını, İspaniya kubokunu və İspaniya superkubokunu qazanıb. O, həmçinin, Klublararası dünya kubokunda, Qitələrarası kubokda, Çempionlar Liqasında və iki dəfə UEFA superkubokunda qələbəyə sevinib. Yarımmüdafiəçinin Madrid klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button