“Real”: İki futbolçunu sat, Poqbanı al

“Real” “Mançester Yunayted”in futbolçusu Pol Poqbanı transfer etməkdə israrlıdır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin “kral klubu”na transferi Qaret Beyl və Xames Rodriqesdən asılıdır. Belə ki, Madrid təmsilçisi, Çinə transfer olunmaq ehtimalı olan uelsli futbolçunun keçidindən 50-60 milyon avro qazana bilər. Klub eyni zamanda, “Napoli” və “Atletiko”nun transfer hədəfində olan Xamesə də 50 milyon avro qiymət qoyub. Bu iki futbolçunun satılması ilə “Real” Poqbanın transferini həll edəcəyinə ümid edir.

Bundan başqa, “Real” Beylin klubdan ayrılacağı halda, Poqbanın tələb etdiyi illik 14,5 milyon avro məvacibi də ödəyə biləcək.

Madrid klubu Poqba üçün 150 milyon avrodan artıq ödəmək fikrində deyil, amma “qırmızı şeytanlar” futbolçu üçün son olaraq 180 milyon avro tələb edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button