“Real” fransalı futbolçu ilə müqaviləni yeniləyəcək

Fransalı futbolçu Ferland Mendi oyunu ilə “Real” rəhbərliyini heyran edib.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “kral” klubu 28 yaşlı müdafiəçi ilə yeni müqavilə bağlamaq niyyətindədir.

Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin sonunda başa çatacaq. Yeni müqavilə 2028-ci ilə qədər qüvvədə olacaq. Mendinin transfer qiyməti 20 milyon avrodur.

Mendi La Liqada bu mövsüm 21 oyun keçirib.

“Real” İspaniya çempionatında böyük fərqlə 1-ci yerdədir. Komanda Çempionlar Liqasında yarımfinala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button