“Real” “Barselona” ilə oyuna itki ilə çıxacaq

İspaniyanın “Real” klubu itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumata görə, “kral klubu”nun yarımmüdafiəçisi Martin Odeqard sıradan çıxıb. Norveçli futbolçu sağ ayaq əzələsindən zədə alıb. Futbolçunun sağalacağı vaxtla bağlı məlumat verilməyib.

İspaniya mətbuatı isə 21 yaşlı futbolçunun 10 gün yaşıl meydanlardan kənarda qalacağını və La Liqanın 7-ci turu çərçivəsində keçiriləcək “Barselona” ilə oyunda iştirak edə bilməyəcəyini qeyd edib.

“Barselona” – “Real” oyunu oktyabrın 25-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button